İndiana Consun papağı hərracda 630 min dollara satılıb


Hollivudun əfsanəvi personajlarından olan İndiana Consun papağı İngiltərədə keçirilən hərracda 630 min dollara satılıb.



Məşhur aktyor Harrison Fordun İndiana Cons serialın ikinci filmində geyindiyi papaq İngiltərədə yerləşən Propstore Auction evinin təşkil etdiyi hərracda 630 min dollara satılıb.

Hərracda həmçinin 1983-cü ildə çəkilmiş “Ulduz müharibələri” filmində “Jedinin qayıdışı” seriyasında istifadə edilən hərbi dəbilqə 315 min dollara, Daniel Radkliffin “Harri Potter və Azkaban Məhbusu” filmində istifadə etdiyi çubuq isə 53 min 550 dollara satılıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu