Nigeriya ordusu 40 qanunsuz neft emalı zavodunu məhv edib


Afrikanın neft və təbii qazla zəngin ölkəsi Nigeriyada ordu qaçaqmalçılıq yolu ilə gətirilən xam neftin qeyri-qanuni emalının həyata keçirildiyi daha 40 obyekti məhv edib.



Nigeriya Ordusunun İctimaiyyətlə Əlaqələr Direktorunun müavini Danjuma Jonah Danjuma verdiyi açıqlamada ordunun ölkənin neft bölgəsi olan Niger Deltasında neft qaçaqmalçılarına qarşı hava əməliyyatlarını davam etdirdiyini bildirib.

Danjuma əməliyyatlar zamanı daha 40 qeyri-qanuni neft emalı obyektinin məhv edildiyini açıqlayıb.

Əməliyyatlar zamanı qaçaqmalçılara məxsus çoxlu taxta qayığın ələ keçirildiyini bildirən Danjuma, 180 min litrdən çox qaçaq neft məhsulunun ələ keçirildiyi məlumatını paylaşıb.

Dancuma avqustun 14-də verdiyi açıqlamada ordunun İmo əyalətində keçirdiyi əməliyyatda 27 qeyri-qanuni neft emalı obyektinin məhv edildiyini açıqlayıb.

Nigeriyada neft oğurluğu ölkə iqtisadiyyatına mənfi təsir göstərir.

Nigeriyalı senator Ned Nvoko 2023-cü ildə artan neft oğurluğu və boru kəmərlərinə hücumlar səbəbindən 3 milyard dollardan çox itki olduğunu açıqlayıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu