Venesuelanın Ali Məhkəməsi Maduronun seçkilərdə qalib gəldiyini təsdiqləyib


Venesuela Ali Məhkəməsi (TSJ) iyulun 28-də ölkədə keçirilən prezident seçkilərində Nikolas Maduronun qalib gəldiyini təsdiqləyib.



Milli mətbuatda yer alan xəbərə görə, TSJ Seçki Departamenti uzun müddətdir iqtidar və müxalifət arasında etirazlara səbəb olan 28 iyul prezident seçkilərinin nəticələri ilə bağlı qərar verib.

TSJ Milli Seçki Şurasının (TSE) iyulun 29-da açıqladığı prezident seçkilərinin nəticələrində heç bir qanun pozuntusunun olmadığına qərar verib və Maduronun seçkidə qalib gəldiyini təsdiqləyib.

TSJ-nin hakimi Caryslia Beatriz Rodriguez öz ifadəsində CNE-nin nəticə bülletenlərinin seçki məntəqələrinin hesabatları ilə uyğun olduğunu qeyd edib.

Seçki prosesi ilə bağlı hərtərəfli və dərin araşdırma aparıldığını qeyd edən Rodriguez 28 iyulda prezident seçkiləri başa çatdıqdan sonra CNE sisteminə böyük kiberhücumun edildiyinin də sübut edildiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu