İsrailin Qəzzaya gecə hücumlarında azı 12 fələstinli həlak olub


İsrail ordusunun Qəzza zolağının müxtəlif nöqtələrinə gecə boyu həyata keçirdiyi hücumlarda ən azı 12 nəfər həyatını itirib, 18 nəfər isə yaralanıb.


Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, hücumların ünvanları cənubda Xan Yunis şəhəri və mərkəzi hissədə Nusayrat qaçqınlar düşərgəsi olub.

Xan Yunusun qərbindəki El-Emel rayonunda bir evə edilən hava hücumunda 2-si uşaq, 1-i qadın olmaqla 9 nəfər həyatını itirib, 15-i yaralanıb. Cura əl-Lut və Et-Tahliye bölgəsində artilleriya atəşi ilə açılan hücumda bəzi fələstinlilər yaralanıb.

Nusayrat Qaçqınlar Düşərgəsinin şimalında köçkünlərin sığındığı məktəbə pilotsuz uçuş aparatı (PUA) ilə edilən hücumda 3 fələstinli yaralanıb. Düşərgənin Ayn Cəlut bölgəsindəki mənzilə hücum zamanı 3 fələstinli həlak olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu