Durovun həbs müddəti uzadılmayıb - Paris prokurorluğu təkzib etdi


Telegram-ın həmtəsisçisi Pavel Durovun mümkün ittihamlara qədər həbs müddəti icazə verilən maksimum 96 saat olaraq qalır.


Bu barədə TASS-a Paris prokurorluğundan məlumat verilib.

“96 saatlıq müddət polis həbsinin başladığı andan, 24 avqust, şənbə günü saat 20.00-dan başlayır. Bu maksimum müddətdir. Həbsin ləğvi barədə qərarı istintaqa cavabdeh olan hakim istənilən vaxt qəbul edə bilər", - agentliyin həmsöhbəti bildirib.

Qeyd edək ki, "Reuters" Paris prokurorluğunun Durovun həbs müddətinin daha 48 saat uzadılması barədə qərar qəbul etməsi haqda məlumat yayıb. Lakin sonradan aydınlaşdırılıb ki, həbs müddəti cəmi bir dəfə uzadılaraq 96 saata çatdırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu