Hindistanda etirazlar münaqişəyə çevrilib
Hindistanın Qərbi Benqal əyalətində xəstəxanada həkimin zorlanması və ölümünə reaksiya verən nümayişçilər ilə polis arasında qarşıdurma baş verib.
Hindistanın NDTV kanalının xəbərinə görə, Qərbi Benqaliyanın Kolkata şəhərinin mərkəzində toplaşan nümayişçilər ştatın Baş Katibliyinə doğru yürüş ediblər.
Nümayişçilərə yürüş etməyə icazə verməyən polis etirazçılara qarşı gözyaşardıcı qaz və təzyiqli su ilə müdaxilə edib. Etirazçılar təhlükəsizlik qüvvələrinə də daş və çubuqlar atıblar.
Mətbuata əks olunan görüntülərdə bəzi etirazçıların polislə qarşıdurma zamanı baryerləri yıxaraq təpiklədiyi görülüb.
Hadisələrdə ölən və ya yaralananların olub-olmaması ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
Mənbə: Reuters