Zaporojye AES-də ehtiyat xətt bağlanıb

MAQATE ekspertlərinə Zaporojye AES-də ehtiyat xəttin bağlanması barədə məlumat verilib.
AFN.az TASS-a istinadən xəbər verir ki, MAQATE nümayəndələrinə Zaporojye Atom Elektrik Stansiyasında (ZNPP) 330 kV-luq “Ferrosplavnaya-1” ehtiyat yüksək gərginlikli elektrik təchizatı xəttinin dayandırıldığı bildirilib.
Bu barədə stansiyanın kommunikasiyalar üzrə direktoru Yevgeniya Yaşina məlumat verib.
"Xətt hələ də kəsilib. Bu barədə stansiyada olan MAQATE nümayəndələri məlumatlandırılıb", - deyə o bildirib.