Nigeriya Rusiyadan neft və qaz hasilatında kömək istəyib


Nigeriya Rusiyanı neft və qaz hasilatında kömək etməyə çağırıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki,Rusiya şirkətlərinin kəşfiyyat və işlənmə layihələrinə cəlb edilməsinin zəruriliyini Şərq İqtisadi Forumu (EEF) çərçivəsində Nigeriyanın Qadın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının baş direktoru Oritseveyinmi Eribo bildirib.

O, ilk dəfə olaraq 2023-cü ilin iyununda neft-qaz sektorunda Rusiya texnologiyalarına maraq göstərib. Eribonun sözlərinə görə, Rusiya neft hasilatında lazımi texnologiyaya, biliyə və təcrübəyə malikdir ki, bu da onu bu sənayedə mühüm oyunçu edir.

“Sizin texnologiyanız var, təcrübəniz var, təsir imkanınız var, bu söhbəti irəli aparmaq üçün pulunuz var... Fikrimcə, bu proseslərə Rusiya şirkətləri də cəlb edilməlidir” - deyə o, bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu