Tramp uduzsa, ABŞ-da artıq real seçkilər olmayacaq - Mask


İlon Mask xəbərdarlıq edib ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp yarışda məğlub olarsa, ABŞ-da artıq real seçkilər olmayacaq.


"Demək olar ki, bütün Demokratik Partiya liderlərinin açıq şəkildə bəyan etdiyi məqsəd 15 milyona yaxın qeyri-qanuni immiqrantı mümkün qədər tez leqallaşdırmaq və daha on milyonlarla insanı cəlb etməkdir. Bu, Amerikanı daimi təkpartiyalı dövlətə çevirəcək. Tramp uduzduğu təqdirdə bu, son real seçkidir" - deyə o, X-da yazıb.

Mask indiki Amerika administrasiyasının miqrasiya siyasətini dəfələrlə tənqid edib. İş adamı çoxlu sayda yoxlanılmamış miqrantın ABŞ-a qanunsuz daxil olmasının ölkə üçün “fəlakət resepti” olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu