Dünyanın ən ucqar nöqtəsində ölümcül virus həyəcanı
Dünyanın ən təcrid olunmuş bölgəsi kimi tanınan Antarktida indi ölümcül heyvan epidemiyası ilə üz-üzədir. Alimlər yüksək yoluxucu quş qripi virusunun (HPAIV) Antarktidada ilk dəfə quş və məməli növlərində aşkar edildiyini açıqlayıblar.
2021-ci ildən etibarən H5N1 virusunun fərqli bir ştammı olan "clade 2.3.4.4b" Avropadan Amerika qitəsinə və oradan Cənubi Amerikaya yayılaraq bir çox quş və məməli növünün kütləvi ölümünə səbəb olub.
İndi virus köçəri quşlar vasitəsilə Antarktidaya çatmış ola bilər.
Bölgədəki məşhur növlər, xüsusilə albatroslar və pinqvinlər ekzistensial təhlükə altındadır.
British Antarctic Survey (BAS) tərəfindən aparılan araşdırmaya görə, bu bölgələrdəki ekosistemlərin bir çox quş və dəniz məməlisi növləri üçün əhəmiyyətli sığınacaq olduğu ifadə edilir.
Epidemiyalar artıq nəsli kəsilməkdə olan bu növlər üçün böyük təhlükə yaradır.
İlk dəfə 2023-cü il sentyabrın 17-də Antarktida ilə Argentina arasında yerləşən Cənubi Corciya adalarında nəhəng fırtına quşunun ölümü ilə başlayan epidemiya qısa müddətdə yayılmağa başladı.
Tədqiqatçılar dekabr ayı ərzində 33 quş və 17 məməli ölümünü qeyd ediblər. Test edilən bu canlıların 66 faizində H5N1 virusu aşkar edilib.
Antarktika materikində hələ rəsmi yoluxmalar bildirilməsə də, bəzi elm adamları heyvan epidemiyasının qitəyə çatdığını düşünürlər.
Tədqiqat 2024-cü ilin mart ayında, xüsusən də Adelie pinqvinləri və Antarktika qarabatatları arasında virus şübhəsi ilə başlayıb. Bu tapıntılar təsdiqlənərsə, Avstraliya H5N1-in çatmadığı yeganə qitə olaraq qalacaq.
Antarktidada təcrid olunmuş növlər üçün bu, geri dönüşü olmayan bir sona işarə edə bilər. Xüsusilə Bird Island adasındakı Antarktika xəz suitiləri və materikdəki pinqvin koloniyaları ciddi itkilər yaşayır.
Araşdırmanın nəticələri Nature Communications jurnalında dərc olunub.
Mənbə: Sciencealert