Bu nəhəng göy cismi ikinci yer ola bilər


Günəş sistemimizin asteroid qurşağındakı ən böyük cisimlərdən biri olan cırtdan planet Ceres həyat üçün vacib olan bəzi üzvi molekulları ehtiva edə bilər. Yeni bir araşdırma bu üzvi molekulların Ceresin səthində nisbətən yaxınlarda ortaya çıxdığını göstərir.



Planetoloq Mariya Kristina De Sanktis və onun İtaliya Milli Astrofizika İnstitutundan olan komandası tərəfindən aparılan araşdırma Ceresin Ertunet kraterinin ətrafındakı səthdə geniş ərazilərə yayılmış üzvi birləşmələrin varlığını ortaya qoyur.

Tədqiqatçılar bildirirlər ki, bu birləşmələr kosmik radiasiyaya qarşı həssasdır və buna görə də təxminən 10 milyon il əvvəl Ceresin yeraltı okeanlarından səthə daşınıb.

NASA-nın "Dawn" missiyasının məlumatlarına əsaslanan araşdırma Ceresin buzlu səthinin altında duzlu su okeanlarının və üzvi birləşmələrin mövcudluğunu təsdiqləyir.

Bu tapıntılar Ceresin həyatı dəstəkləyə biləcək bir mühit təklif edə biləcəyinə dair mühüm ipuçları verir.

Alimlər Ceresin səthindəki üzvi birləşmələrin daha yaxından tədqiq edilməsinin vacibliyini vurğulayarkən, bu bölgəyə gələcək kəşfiyyat missiyalarının əhəmiyyətinə diqqət çəkirlər.

Mənbə: Inverse



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu