Bayden Pentaqona ABŞ ordusunun Yaxın Şərqdəki mövqeyini nəzərdən keçirməyi əmr etdi


ABŞ prezidenti Co Bayden Pentaqona İsrailin Livana hücumlarına görə Amerika ordusunun Yaxın Şərqdəki mövqeyini nəzərdən keçirməyi tapşırıb.



Ağ Evdən verilən açıqlamaya görə, Bayden milli təhlükəsizlik qrupu tərəfindən Yaxın Şərqdəki son hadisələrlə bağlı məlumatlandırılıb.

İsrailin Livana hücumları səbəbindən Bayden Pentaqona qarşıdurma qabiliyyətini artırmaq, güc müdafiəsini təmin etmək və ABŞ-ın bütün məqsədlərini dəstəkləmək üçün lazım gəldikdə bölgədəki qüvvələrin duruşunu qiymətləndirməyi və tənzimləməyi əmr edib.

Bayden həmçinin ABŞ-ın bölgədəki səfirliklərinin bütün müvafiq qoruyucu tədbirləri görməsini təmin etməyi tapşırıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu