ABŞ-ın İsraildəki səfirliyi işçilərə təhlükəsizliklə bağlı xəbərdarlıq edib
ABŞ-ın İsraildəki səfirliyi İranın İsrailə hücuma hazırlaşdığı xəbərindən sonra işçilərinə və onların ailələrinə təhlükəsizlik xəbərdarlığı edib.
Səfirliyin açıqlamasında işçilərdən və onların ailələrindən mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar növbəti xəbərdarlığa qədər evdə və ya yaxınlıqdakı təhlükəsiz yerdə qalmaları istənilib.
Təhlükəsizlik xəbərdarlığının İranın İsrailə hücuma hazırlaşdığı iddialarından sonra gəlməsi diqqət çəkib. Belə ki, ABŞ-ın İsraildəki səfirliyi İran aprel ayında İsrailə çoxsaylı pilotsuz uçuş aparatları və raketlərlə hücum etməzdən əvvəl də oxşar xəbərdarlıq etmişdi.