Husilər Qırmızı dənizdə "Cordelia Moon" tankerini vurub


Yəmənin üsyançı "Ənsar Allah" hərəkatının husiləri Qırmızı dəniz və Hind okeanında iki ticarət gəmisinə hücum edib.


Bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya Husilərə məxsus “Əl Məsirə” telekanalının efirində bildirib.

Onun sözlərinə görə, Qırmızı dənizdə hücumun hədəfi pilotsuz uçuş aparatı, pilotsuz qayıq, həmçinin səkkiz ballistik və qanadlı raketlə hücuma məruz qalan Britaniya neft tankeri "Cordelia Moon" olub. Saria iddia edir ki, tanker ciddi zərər görüb.

Hərəkatın sözçüsü bildirib ki, "Marathopolis" konteyner gəmisi iki dəfə vurulub. Husilər gəmiyə qanadlı raketlə ilk dəfə Hind okeanında, ikinci dəfə isə Ədən körfəzində hücum ediblər. Saria əlavə edib ki, gəmi işğal olunmuş Fələstinin limanlarına keçid qadağasını pozduğu üçün hücuma məruz qalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu