Gürcüstanda Avropaya inteqrasiya əsas prioritet olaraq qalır - İrakli Kobaxidze
Avropa İttifaqına inteqrasiya Gürcüstanın qarşıdakı illər üçün əsas xarici siyasət prioriteti olaraq qalır.
AFN.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
"Bizim çox mühüm xarici siyasət prioritetlərimiz var və əsas prioritet, əlbəttə ki, Avropaya inteqrasiyadır. Biz münasibətlərin bərpasını gözləyirik, məncə, bu, gələn ilin əvvəlindən intensiv şəkildə baş verəcək", -deyə Kobaxidze hökumətin iclasında bildirib.
O, həmçinin qeyd edib ki, Gürcüstan 2030-cu ildə Avropa İttifaqına daxil olmaq üçün Aİ ilə assosiativ sazişin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.