KİV: Avropa ABŞ-ın Kiyevə hərbi təchizatını əvəz edə bilməyəcək

Amerikanın yeni administrasiyası Kiyevə hərbi yardım göstərməkdən imtina edərsə, Avropa ölkələri Ukrayna hərbçiləri arasında yaranan silah çatışmazlığını ödəyə bilməyəcək.
AFN.az xəbər verir ki, bu dəyərləndirmə "Bloomberg"də yer alıb.
Agentlik yazır ki, Ukrayna silahlı qüvvələri atıcı silahlar və artilleriya sursatları təchizatında ABŞ-dan son dərəcə asılıdır. "Rusiya bütün Avropa ölkələrinin birləşdiyindən daha çox artilleriya mərmisi istehsal edir" - deyə materialda qeyd edilir.
"Avropa ölkələri üçün “ən pis ssenari” ola bilər ki, bu ssenariyə əsasən, onlar təkcə öz təhlükəsizliklərinə cavabdeh olmaq deyil, həm də Ukraynaya hərbi yardım göstərməyə məcbur olacaqlar. Avropa paytaxtları bilirlər ki, heç bir addım “yaxın gələcəkdə onlara Kiyev üçün hərbi yardımın həcmi baxımından hazırda ABŞ-a tapşırılan rolu oynamağa imkan verməyəcək” - agentliyin analitikləri bildiriblər.