Avstriya kansleri bir şərtlə Rusiyaya səfər etməyə hazır olduğunu bildirib
Avstriya kansleri Karl Nehammer Rusiyaya səfər etməyə hazırdır, lakin bir şərtlə.
Bu barədə Avropa dövlətinin hökumət başçısı "der Standard" qəzetinin jurnalistləri ilə söhbət zamanı danışıb.
Nehammer Rusiyaya səfəri olduqca məqsədəuyğun hesab edir, lakin bunun üçün onun fikrincə, bir şərt lazımdır. Siyasətçi hərbi aktivliyin azalması ilə bağlı siqnallar gələn kimi Moskvaya uçmağa razılaşır.
Nehammer izah edib ki, Rusiya ilə Ukrayna arasında gərginlik səngiməyənə qədər Moskva və ya Kiyevə səfər hərəkətə haqq qazandıra bilər.