Nigeriya BRICS-ə tərəfdaş ölkə kimi qoşulur


Braziliya Xarici İşlər Nazirliyi Nigeriyanın BRICS-ə tərəfdaş ölkə kimi qoşulduğunu açıqlayıb.



Müvafiq bəyanat yanvarın 17-də Braziliya Nazirlər Kabinetinin saytında dərc edilib.

“Braziliya Hökuməti bu gün, 17 yanvar 2025-ci ildə Nigeriyanın birliyin tərəfdaş ölkəsi kimi rəsmi üzvlüyünü elan edir. Braziliya hökuməti Nigeriya hökumətinin qərarını alqışlayır”, - deyə məlumatda bildirilir.

Bununla da Nigeriya BRİKS-in doqquzuncu tərəfdaş ölkəsi olub. Bildirilir ki, Afrika respublikası Qlobal Cənub ölkələri arasında əməkdaşlığın gücləndirilməsinə yardım edir və qlobal idarəetmədə islahatların aparılmasının tərəfdarıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu