ABŞ altı Çin şirkətinə sanksiya tətbiq edib


ABŞ Maliyyə Nazirliyi Çin və Honq-Konqdan olan 6 şirkətə İranın dron və ballistik raket istehsalçılarına komponentlər tədarük etdiyi iddiası ilə sanksiya tətbiq edib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə idarənin hesabatında deyilir.

Qeyd olunan şirkətlərdən beşi Honq-Konqda, biri isə Şençjendə (Quangdonq əyaləti) qeydiyyatdan keçib.

Onlar İranın "Pishtazan Kavosh Gostar Boshra" (PKGB) şirkəti və onun bölməsi "Narin Sepehr Mobin Isatis" (NSMI) şirkətini elektron komponentlərlə təchiz etməkdə ittiham olunurlar. Şirkətin özü 2019-cu ildən ABŞ sanksiyaları altındadır və filial 2024-cü ildə ABŞ Maliyyə Nazirliyi tərəfindən qara siyahıya salınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu