Avstraliya Ukraynaya sülhməramlılar göndərmək imkanını nəzərdən keçirməyə hazırdır


Avstraliyanın baş naziri Entoni Albanese ölkəsinin Ukraynaya sülhməramlıların göndərilməsi ilə bağlı istənilən təklifi nəzərdən keçirməyə açıq olduğunu deyib.


Avstraliya Yayım Korporasiyasının (ABC) məlumatına görə, Albanese açıqlamasında Rusiyanın "qanunsuz və əxlaqsız hərəkətlərinin mükafatlandırılmamasından" əmin olmaq istədiyini bildirib.

Albanese Ukraynada sülh görmək istədiklərini vurğulayaraq "Hazırda mümkün sülhməramlı qüvvələr haqqında müzakirə gedir və mənim hökumətimin nöqteyi-nəzərindən gələcək təklifləri nəzərdən keçirməyə hazırıq" əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu