Kiyev ABŞ-la yeni silah təchizatını müzakirə edir

Ukrayna və ABŞ hakimiyyəti yeni silahların, o cümlədən "Patriot" zenit-raket sistemləri üçün raketlərin tədarükü məsələsini müzakirə edir.
AFN.az xəbər verir ki, bunu Polşanın “Wirtualna Polska” portalına müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.
"Əlbəttə, biz ən çox "Patriot" sistemləri üçün raketlərin alınmasında maraqlıyıq, çünki bu, əhalinin və kritik infrastrukturun qorunması məsələsidir, lakin digər silah növləri də bizim üçün vacibdir. Və bu razılaşmalar indi masadadır və müzakirə olunur", - Podolyak bildirib. O qeyd edib ki, mövcud yardım proqramlarının əksəriyyətinin müddəti başa çatmaq üzrə idi. "Bunlar ABŞ Konqresinin təsdiq etdiyi prezident proqramlarıdır. Onların bəzilərinin müddəti bitdiyinə görə, biz hələ danışıqlardan sonra Konqresdə səsvermədən keçirməli olacaqdıq", - deyə Podolyak əlavə edib.