Zelenskinin ofisi təsdiqlədi: ABŞ-la danışıqların növbəti mərhələsi olacaq

Rusiya və Amerika nümayəndə heyətlərinin görüşündən sonra Ər-Riyadda Ukrayna və ABŞ nümayəndələri arasında danışıqların əlavə raundu baş tutacaq.
AFN.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinin müşaviri Sergey Leşçenko deyib.
Bundan əvvəl “The New York Times” Kiyev və Vaşinqtonun danışıqların növbəti mərhələsini keçirə biləcəyini yazıb.
"Ukrayna nümayəndə heyəti hazırda Səudiyyə Ərəbistanında qalır, geri qayıtmır ki, Rusiya-Amerika danışıqları başa çatdıqdan sonra onlar da öz məsləhətləşmələrini keçirə bilsinlər. Yəni danışıqlar müəyyən müddətə davam edəcək", - deyə Leşşenko Ukraynanın "Rada" telekanalında bildirib.