Zelenski ABŞ-Ukrayna iqtisadi tərəfdaşlıq sazişini imzaladı

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-Ukrayna iqtisadi tərəfdaşlıq sazişini imzalayıb.
Bu barədə Ukrayna parlamentinin rəsmi saytında məlumat verilib.
Ukraynaya məxsus nadir torpaq elementləri ilə bağlı iki ölkə arasında əməkdaşlığı da nəzərdə tutan saziş mayın 1-də iki ölkə tərəfindən imzalanıb.
Vaşinqtonda imzalanan saziş daha sonra mayın 8-də Ukrayna parlamenti tərəfindən təsdiqlənib.