Tramp: Rusiya-Ukrayna müharibəsinin heç bir məqamından məmnun deyiləm
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin heç bir məqamından məmnun olmadığını bildirib.
The Hill qəzetinin xəbərinə görə, Maryland ştatındakı Joint Base Andrews Hərbi Hava Bazasında Tramp Rusiyanın Kiyevə müharibənin başlanğıcından bəri həyata keçirdiyi ən böyük hava hücumu nəticəsində hökumət binasını vurmasından sonra mövzu ilə bağlı jurnalistlərə fikirlərini açıqlayıb.
Baş verənlərdən narazılığını ifadə edən Tramp “Bunun həll olunacağına inanıram. Bu müharibənin heç bir məqamından məmnun deyiləm” deyib.
Tramp bildirib ki, müharibəni sona çatdırmaq üçün səylərini davam etdirəcək.
Rusiya-Ukrayna müharibəsini sona çatdırmaq məqsədilə aparılan sülh danışıqlarının çox maraqlı görüşlər olduğunu qeyd edən Tramp, bu həftə Avropa liderlərinin paytaxt Vaşinqtona gələcəyini bildirib.
Bundan əlavə, Tramp İsrailin hücumlarını davam etdirdiyi Qəzzadakı vəziyyətə də toxunaraq, “Çox yaxın zamanda bir razılığa gələcəyimizi düşünürəm. Bu, Yaxın Şərq, İsrail və hər kəs üçün həll etmək istədiyimiz bir məsələdir” deyib.
