BMT Təhlükəsizlik Şurası 14 ildən sonra Suriyaya gedir


Suriyanın azadlığını bərpa etməsinin birinci ildönümündə BMT Təhlükəsizlik Şurası (BMTTŞ) heyəti 14 illik fasilədən sonra ilk dəfə rəsmi səfər üçün paytaxt Dəməşqə gedəcək.

Suriyanın Xarici İşlər Nazirliyi ölkənin rəsmi agentliyi SANA-ya açıqlamasında BMTTŞ nümayəndə heyətinin ölkədə milli bayram günü elan edilən 8 dekabr tarixində Şamda olacağını bildirib.

Açıqlamada vurğulanıb ki, bu səfər beynəlxalq ictimaiyyətin yeni Suriyaya dəstəyini, ölkənin yenidən qurulması, suverenliyinin möhkəmləndirilməsi və sabitliyin təmin edilməsi prosesinə sadiqliyini nümayiş etdirir.

Məlumata görə, heyətdə Təhlükəsizlik Şurasının bütün üzv dövlətlərinin nümayəndələri yer alacaq. Bu ziyarət 14 ildən sonra Suriya məsələsində əldə olunan ilk beynəlxalq konsensusun göstəricisi kimi tarixi əhəmiyyət daşıdığı bildirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu