"Amazon" yanacaq və logistika üçün əlavə ödəniş tətbiq edəcək



İranda beşinci həftəsinə daxil olan müharibənin enerji qiymətlərini yüksəltməsi nəticəsində elektron ticarət nəhəngi "Amazon" üçüncü tərəf satıcılar üçün 3,5 faiz nisbətində yanacaq və logistika əlavə ödənişi tətbiq edəcəyini açıqlayıb.

AFN.az xəbər verir ki, 17 apreldən etibarən qüvvəyə minəcək bu qərar ABŞ və Kanadada "Amazon Logistika" (FBA) xidmətindən istifadə edən satıcıları əhatə edəcək.

Amazon tərəfindən satıcılara göndərilən qeyddə sektor miqyasında artan yanacaq və logistika xərclərinin əməliyyat yükünü artırdığı bildirilib. Şirkət indiyə qədər bu xərcləri öz büdcəsindən kompensasiya etdiyini, lakin xərc artımlarının bir hissəsini qarşılamaq məqsədilə müvəqqəti əlavə ödəniş sisteminə keçildiyini ifadə edib.

"Amazon" sözçüsü Aşli Vanisek tətbiq olunan əlavə ödənişin digər böyük daşıyıcıların (UPS, FedEx) dərəcələrdən xeyli aşağı olduğunu deyib. Qeyd edək ki, Hörmüz boğazındakı daşımaların dayandırılması narahatlığı ilə "Brent" markalı neftin bir barelinin qiymətinin 107 dolları keçməsi kargo xərclərində ciddi artıma səbəb olub.

"Amazon"un yeni tənzimləməsinə əsasən, bu artım FBA göndərişləri üçün vahid başına orta hesabla 17 sentlik əlavə xərc deməkdir. Platformadakı təxminən 2 milyon satıcının böyük əksəriyyəti bu xidmətdən istifadə etdiyi üçün qərarın geniş təsirinin olacağı gözlənilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu