Vüqar Bayramovun seçki qərargahı açıqlama yaydı




9 fevral növbədənkənar parlament seçkilərində öz layiqli övladına – Vüqar Bayramova göstərdiyi etimada, güvənə və dəstəyə görə hər bir həmyerlimizə təşəkkür edir, seçkilərin normal gedişini pozmağa çalışan bəzi deputatlığa namizədlərə münasibətdə sağlam vahid iradə nümayiş etdirib, soyuğa, şaxtaya baxmayaraq, aktiv şəkildə seçkilərdə iştirak edən seçicilərimizə minnətdarlığımızı bildiririk.



Sağlam rəqabət şəraitində keçən mübarizədə aldıqları məğlubiyyəti həzm edə bilməyən bəzi deputatlığa namizədlərin və onlara yaxın mətbu orqanların heç bir təsdiqedici faktlara əsaslanmayan iddiaları bilərəkdən ölkə ictimaiyyətini çaşdırmağa yönəlmiş, ittihamların hamısı ümumi sözlərdən ibarət olmaqla heç bir sübuta, dəlilə əsaslanmamışdır.

Seçki günü Vüqar Bayramovun qərargahı seçki prosesini diqqətlə izləmiş, eyni zamanda dairə seçki komissiyası tərəfindən əvvəlcədən müşahidəçi statusu əldə etmiş könüllülər 84 saylı Füzuli seçki dairəsinin bütün məntəqələrində digər müşahidəçilərlə yanaşı, prosesi müşahidə etmişlər.

Bütün məntəqələrdə namizədlərin müşahidəçilərinə seçki prosesini maneəsiz izləmələrinə bərabər imkanların yaradılması, səslərin sayılması prosesində müşahidəçilərin məntəqə komissiyasının üzvləri ilə birlikdə yaxından iştirakı, hətta bu prosesin müşahidəçilər tərəfindən sosial şəbəkələrədə canlı şəkildə yayımlanmasına imkan yaradılması 84 saylı Füzuli seçki dairəsində seçkilərin yüksək şəffaflıq şəraitində keçirilməsinin bariz nümunələrindəndir.

Vüqar Bayramovun seçki qərargahı ölkədə şəffaf və ədalətli seçkilərin keçirilməsi ilə bağlı ölkə rəhbərliyinin nümayiş etdirdiyi siyasi iradəni xüsusi olaraq vurğulayaraq, 84 saylı Füzuli seçki dairəsində şəffaf seçki prosesinə kölgə salmağa çalışanların provokativ hərəkətlərinin qarşısını vaxtında almağı bacarmış dairə seçki komissiyasının və məntəqə komissiyalarının rəhbərliyinə təşəkkürünü bildirir, Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkün seçicilərə seçkiyə göstərdikləri yüksək maraqlarına və fəal iştiraklarına görə bir daha dərin minnətdarlığını ifadə edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu