Daha bir cüdoçumuz yarışı medalsız bitirdi
![](/uploads/posts/2021-06/1623405322_d65dd136-10fd-3b22-824a-8201f228cc4f_850.jpg)
Bu gün Azərbaycanın daha bir cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə qoşulub.
Kişilərin yarışında 100 kq çəki dərəcəsində Elmar Qasımov tatamiyə çıxıb.
O, 1/16 finald İliya Sulamanidzeyə (Gürcüstan) uduzaraq yarışla vidalaşıb.
Qeyd edək ki, daha əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, Orxan Səfərov (66 kq) və Hidayət Heydərov (73 kq) 5-ci yeri tutub. Hazırda Azərbaycan ümumi hesabda 16-cı yerdədir.