ABŞ Şimali Koreya ilə istənilən məsələdə, o cümlədən gərginliyin azaldılmasında dialoqa hazırdır


ABŞ-ın Koreya yarımadasında gərginliyi azaltmaq üçün ilkin şərt olmadan Şimali Koreya ilə istənilən məsələdə danışıqlara hazır olduğu bildirilib.


"Yonhap"a açıqlamalar verən ABŞ Dövlət Departamentinin sözçüsü diplomatiyanın irəliyə doğru yeganə etibarlı yol olduğunu vurğulayaraq, ilkin şərt prinsipi çərçivəsində qurulacaq dialoqu alqışlayacaqlarını qeyd edib.

Departamentin adının açıqlanmasını istəməyən rəsmisi deyib ki, təklif edilən dialoq o deməkdir ki, o, tərəflərin bölgədəki təhlükəsizlik vəziyyətini həll etmək üçün atacaqları addımları müzakirə edə bilər.

"CBS News" televiziyasının "Face the Nation" proqramında iştirak edən ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan da ABŞ-ın Şimali Koreya ilə nüvə proqramları ilə bağlı ilkin şərt olmadan danışıqlar aparmağa hazır olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu