HƏMAS-ın əlindəki girovlar arasında ukraynalılar var


HƏMAS-ın əsir götürdüyü insanlar arasında Ukrayna vətəndaşlarının olması mümkündür.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bunu Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk deyib.

“Bunu başa düşmək lazımdır ki, biz müəyyən sayda insanın harada olduğunu bilmirik və onların bəzilərinin əsirlikdə olması mümkündür. Bu barədə bizə İsrail xidmətləri məlumat verib, bu hələ təsdiqini tapmayıb. Çox güman ki, bu doğrudur”, - deyə səfir bildirib.

Bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi doqquz Ukrayna vətəndaşının İsraildə itkin düşmüş hesab edildiyi barədə məlumat vermişdi. Kiyev axtarışda İsrail polisi ilə əməkdaşlıq edir.

İsraildə münaqişə başlayandan indiyədək yeddi ukraynalı həlak olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu