Banqladeşdə "Hamoon" 1,5 milyon insanı yurdundan etdi


Banqladeşdə yaxınlaşan "Hamoon" siklon qasırğası nəticəsində insan tələfatının qarşısını almaq üçün 1,5 milyon insan riskli ərazilərdən təxliyə edilib.


Banqladeşin fəlakətlərin idarə edilməsi və yardım naziri Enamur Rəhman yaxınlaşan "Hamoon" siklon qasırğası ilə bağlı mətbuata açıqlama verib.

Rəhman təqribən 1,5 milyon insanın riskli bölgələrdən təxliyə edilərək təyin olunmuş yerlərdə məskunlaşdığını, siklon tufanının gecə saatlarında başlayıb sabah səhərə qədər Banqladeş sahillərindən keçəcəyi ehtimalının olduğunu qeyd edib.

Banqladeş Meteorologiya İdarəsinin verdiyi açıqlamaya görə, "Hamoon"un Bhola bölgəsi yaxınlığındakı Barışal-Çattoqram sahilində təsirli olacağı gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu