Aİ Ukraynanı ittifaqa qəbul etməyə hazır deyil - Xose Manuel Barrozu

Avropa İttifaqı (Aİ) müharibə edən dövləti üzvlüyünə qəbul etməyə hazır deyil.
Bu barədə Avropa Komissiyasının (AK) keçmiş sədri Xose Manuel Barrozu Ukraynanın Aİ-yə daxil olması prosesinə həsr olunmuş konfransda bildirib.
Bu barədə Euractiv portalı xəbər verib.
Aİ-nin Ukraynanı üzvlüyünə daxil etmək istəməməsinə münasibət bildirən Barrozu həmçinin münaqişənin həllində yeni siyasi və diplomatik yanaşmaların vacibliyini vurğulayaraq, hərbi əməliyyatların bitəcəyinə ümid etdiyini bildirib.