Macarıstan prezidenti parlamentin İsveçin NATO-ya qəbulu ilə bağlı qərarını təsdiqləyib

Macarıstan prezidenti Tamaş Sulök bu gün İsveçin NATO-ya daxil olması ilə bağlı parlamentin 26 fevral 2024-cü il tarixli qərarını imzalayıb.
Bundan əvvəl Macarıstan parlamenti İsveçin NATO-ya üzv olmaq ərizəsini ratifikasiya edib.
Beləliklə, Finlandiya ilə müqayisədə İsveçin ölkəyə girişində təxminən bir il gecikməsinə son qoyuldu. Qeyd edək ki, buna mane olan ölkələr Türkiyə və Macarıstan idi.