"Voyager 1" kosmik gəmisi 6 aydan sonra elmi fəaliyyətinə qayıtdı


ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) 1977-ci ildə kosmosa buraxılan "Voyager 1" kosmik gəmisinin 6 aylıq rabitə problemindən sonra elmi fəaliyyətinə qayıtdığını açıqlayıb.



NASA-nın verdiyi açıqlamaya görə, aprel ayında Yerdən 24,1 milyard kilometr uzaqlıqda olan "Voyager 1"dən aydın siqnallar gəlməyə başlayıb və may ayında elmi məlumat toplama missiyasına yönəldilib.

Beləliklə NASA tərəfindən 1977-ci ildə buraxılan kosmik gəmi 6 aylıq fasilədən sonra tam məlumat toplama fəaliyyətinə yenidən başlayıb.

Bildirilib ki, "Voyager 1"də texniki nasazlıqlar kosmik gəminin uçuş məlumatları alt sistemindəki çipdən qaynaqlanıb. Kosmik gəmi normal fəaliyyətə qayıtsa da, nasazlıqların hələ də tam aradan qaldırılmadığı qeyd edilib.

NASA-nın məlumatında bildirilir ki, kosmik gəmidə nasazlıqların aradan qaldırılması üçün missiya personalı "Voyager 1"in üç kompüterində vaxt proqram təminatını yenidən sinxronizasiya etməli, kosmik gəminin plazma dalğası aləti üçün yazıcıya qulluq etməli və əlavə olaraq kiçik tapşırıqları yerinə yetirməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu