Şimali Koreya cənuba məlumat vermədən bənd qapılarını açıb


Cənubi Koreya Şimalı sərhədə yaxın bəndin qapılarını açmadan əvvəl xəbərdarlıq etməyə çağırıb.



"Yonhap"ın xəbərinə görə, Şimali Koreya Cənuba xəbər vermədən yağışlar səbəbiylə suyu buraxmaq üçün bəndin qapılarını açıb.

Cənubi Koreyanın Birləşmə Nazirliyinin sözçüsü müavini Kim İn-ae, daşqınların qarşısını almaq üçün Pxenyan rəhbərliyini Hvaqqanq bəndindən suyu buraxmazdan əvvəl xəbərdar etməyə çağırdıqlarını söyləyib.

Şimali Koreyanın bu mövzuda imzalanmış Koreyalararası razılaşmanı pozduğunu bildirən Kim, Pxenyanı xəbərdarlıq etmədən bənddən su buraxdığına görə tənqid edib.

2009-cu ildə iki ölkə arasında bağlanmış razılaşma çərçivəsində Şimali Koreya bənd suyunu buraxma planları barədə Cənubi Koreyanı əvvəlcədən xəbərdar etməyi qəbul edib.

Müqavilə Pxenyanın əvvəlcədən xəbərdarlıq etmədən Hvanqqanq bəndindən su buraxması nəticəsində 6 Cənubi Koreya vətəndaşının həlak olmasından sonra imzalanıb. Buna baxmayaraq Şimali Koreya Seula xəbər vermədən 2020-ci ildə yenidən bənddən suyu buraxıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu