Zelenski 14 briqadanın lazımi silahlara malik olmadığını etiraf edib


Ukrayna prezidenti Vladimir Zelenski silah çatışmazlığı səbəbindən 14 briqadaya heyət verə bilməyəcəyini bildirib.


“Bizim silahsız briqadalarımız var. Müvafiq silahlara malik olmayan 14 briqadaya sahibik. Onların tədarükü artıq səsvermə zamanı təsdiqlənib, lakin onlar yavaş-yavaş gəlirlər" - deyə o, "Bloomberg"ə müsahibəsində bildirib.

Ukrayna qüvvələrinin əsas silah mənbəyi Qərbin təchizatıdır. Qeyd edək ki, hər briqada 1000-8000 nəfər şəxsi heyətdən ibarətdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu