Keyptaunda daşqınlar nəticəsində minlərlə insan evsiz qalıb

Cənubi Afrikanın Keyptaun şəhərində iyulun 6-dan bəri davam edən leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində minlərlə insan evsiz qalıb.
Dövlət televiziyası SABC-nin xəbərinə görə, daşqınlar zamanı şəhərin ən böyük gecəqondularından biri olan Xayelitşada mindən çox evə ziyan dəyib, ən azı 4 min insan evlərini tərk edib.
Cənubi Afrika Meteorologiya Departamenti Keyptaun və ətrafına təsir edən güclü yağış və küləklərin çərşənbə gününə qədər davam edə biləcəyi barədə xəbərdarlıq edib.