Papua Yeni Qvineyada 3 kəndə hücum nəticəsində 26 nəfər öldürülüb


Ötən həftə Papua Yeni Qvineyada 3 kəndə edilən hücumlarda 26 nəfər öldürülüb, 8 nəfər isə itkin düşüb.



Sakit okeanın cənubundakı ada ölkəsi Papua Yeni Qvineyanın şimalında yerləşən Şərqi Sepik əyalətinin Anqoram bölgəsində bir dəstə üç kəndə basqın edib.

Şərqi Sepik əyalətinin polis rəisi Ceyms Baugen verdiyi açıqlamada 16-18 iyul tarixlərində həyata keçirilən hücumlarda 16-sı uşaq olmaqla 26 nəfərin öldürüldüyünü, 8 nəfərin isə itkin düşdüyünü bildirib.

Baugen kəndlərdəki bütün evlərin yandırıldığını, sağ qalan kəndlilərin isə polis bölməsinə sığındığını qeyd edib. Polis rəisi bildirib ki, hadisədən sonra hücum edənlər hadisə yerindən qaçıblar və hələlik heç biri tutulmayıb.

“World Vision” xeyriyyə təşkilatının ölkə direktoru Kris Censen açıqlamasında insan itkisini təsdiqləyib və kəndlərdə yaşayan 51 ailənin məcburi köçkün olduğunu bildirib.

Mənbə: İHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu