Fransada telefon operatorlarını hədəf alan hücumlar həyata keçirilib


Fransanın 6 əyalətində bir çox telefon operatorunu hədəf alan hücumlar həyata keçirilib.



Fransa mətbuatında yer alan xəbərlərə görə, Herault, Bouches-du-Rhone, Oise, Meuse, Drome və Aude şəhərlərindəki bir çox telefon operatorunun telekommunikasiya xətlərini hədəf alan hücumlar həyata keçirilib.

"SFR", "Bouygues" və "Free" şəbəkələri eyni vaxtda edilən hücumlardan təsirlənib.

Polis mənbələrindən alınan məlumata görə, şəbəkələrə təsir edən bu vəziyyət fiber optik kabellərin kəsilməsi nəticəsində baş verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu