Pakistanda konvoya hücumda 12 polis məmuru həyatını itirib


Pakistanın şimal-şərqində silahlı şəxslərin konvoya hücumu nəticəsində 12 polis məmuru həyatını itirib, 6-sı yaralanıb.



"Geo News" televiziyasında yer alan xəbərə görə, Pəncab əyalətinin Rəhimyar Xan bölgəsində çayın kənarından keçən polis karvanına raket və ağır silahlarla hücum edilib.

Polis rəsmilərinin mətbuata verdiyi açıqlamaya görə, iki dəstə maşınında olan 20-dən çox polis əməkdaşı pusquya salınıb.

Silahlı şəxslərin hücumu nəticəsində 11 polis əməkdaşı həyatını itirib, 7-si yaralanıb. Yaralılardan biri daha sonra dünyasını dəyişib.

Hücumun baş verdiyi ərazidə uzun müddətdir silahlı dəstələrin fəaliyyət göstərdiyi məlum olub. Təhlükəsizlik qüvvələri bu qrupları dağıtmaq üçün çoxlu hərbi əməliyyatlar həyata keçirib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu