KİV: Madrid "Talgo"nun Ukraynanın yenidən qurulmasındakı roluna mane oldu


İspaniya hakimiyyəti Viktor Orban hökumətinin Ukraynanın gələcək bərpası üçün vacib olan texnologiyalara çıxış əldə edəcəyindən ehtiyat edərək, dəmir vaqon istehsal edən "Talgo" şirkətinin Macarıstanın "Ganz Mavag Europe" konsorsiumuna satışını əngəlləyib.


AFN.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrinə istinadən yazıb.

Madridin "Ganz Mavag Europe" ilə sövdələşməyə mane olması faktı avqustda məlum olub. Daha sonra bunun milli təhlükəsizlik səbəbləri üçün edildiyi bildirilsə də, İspaniya səlahiyyətliləri bu narahatlığın nədən ibarət olduğunu izah etməyiblər. İspaniya və Macarıstan mediası vetonu Madridin "Macarıstanın baş naziri Viktor Orbanın Rusiya ilə əlaqələri, kritik dəmir yolu infrastrukturu üçün potensial təhlükə" ilə bağlı narahatlığı ilə əlaqələndirib.

Yüksək səviyyəli hökumət rəsmisi "Financial Times"a bildirib ki, Madrid müqaviləni qismən bloklayıb, çünki "Talgo" Ukrayna ilə Aİ arasında daha sıx dəmir yolu əlaqələri yaratmaqla Ukraynanın gələcək bərpasında rol oynaya bilər. "Ukraynanın əsas prioritetlərindən biri dəmir yolu əlaqəsidir" - deyə nəşrin həmsöhbəti bildirib. Həmçinin izah edib ki, "Talgo" qatarların ölçü dəyişikliyinə avtomatik uyğunlaşdırılması texnologiyaları üzrə liderlərdən biridir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu