Reper Pi Diddinin anası oğlunu müdafiə edərək bəyanat yayıb
Amerikalı reper Pi Diddinin anası oğlunun cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı ictimaiyyətə müraciət edib.
Oktyabrın 7-də qadının ifadəsini “Daily Mail” nəşri onun vəkili vasitəsilə mediaya çatdırıb.
84 yaşlı Janis Smol Kombs bildirib ki, oğlu saxta ittihamlara və ictimai linçə məruz qalıb.
“Oğlumun həqiqəti tapmaq üçün deyil, yalandan yaradılmış obrazını tamamlamaq üçün necə qınandığını görmək ürək ağrıdan mənzərədir”, - deyə reperin anası bildirib.
Qadın etiraf edib ki, Pi Diddi bu il internetə sızan 2016-cı ildə Kassi Ventura ilə bağlı döyülmə görüntülərini polisdən gizlədib. Müğənninin anası qeyd edib ki, oğlunun istintaqa açıq olduğuna əmindir, lakin ona günahsızlığını sübut etməyə imkan verilmir:
“Bəzən həqiqət və yalan o qədər iç-içə olur ki, hekayənin bir hissəsini etiraf etmək qorxulu olur, xüsusən də bu həqiqət normadan kənarda və ya inanmaq üçün çox mürəkkəb olduqda. Oğlum da hamımız kimi keçmişində səhvlər edib".