Gürcüstanın baş naziri Tiflisdə Maydan ssenarisinə qarşı xəbərdarlıq edib


Tbilisinin mərkəzində etiraz aksiyalarının iştirakçıları tərəfindən zorakılıq hallarının sayı artır, lakin ölkə hakimiyyəti onların Ukrayna Maydanı ssenarisinə bənzər hadisələrə çevrilməsinə imkan vermək niyyətində deyil.



Bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze xəbərdarlıq edib:

“2013-cü ildə Ukraynadan fərqli olaraq, Gürcüstan güclü institutlara və ən əsası təcrübəli və müdrik insanlara malik müstəqil dövlətdir. Maydan ssenarisi Gürcüstanda həyata keçirilə bilməz. Gürcüstan bir dövlətdir və buna imkan verməyəcək”.

O qeyd edib ki, iğtişaşların təhrikçilərinin radikal qruplaşması təxminən 500 nəfərdən ibarətdir. Onlar sistematik olaraq polisə qarşı aqressiv hərəkətlər, o cümlədən molotov kokteyli və pirotexniki vasitələrdən istifadə ediblər.

Kobaxidze hesab edir ki, Tbilisidə etirazçıların zorakı hərəkətlərinə görə bütün məsuliyyət avropalı siyasətçilərin, bürokratların, eləcə də onların Gürcüstandakı agentlərinin - radikal müxalifət partiyaları şəklində beşinci kolonun üzərinə düşür.

“Radikallar və onların xarici havadarları sabitliyi pozmaq, xaos yaratmaq, Gürcüstanı ukraynalaşdırmaq üçün hər hansı səbəb uydurmağa çalışırlar. Gürcüstanda Maydan ssenarisi həyata keçirilməyəcək. Son üç ildə cəmiyyətimizin şahidi olduğu bu cür yalanlar və ikiüzlülük gürcülərin Avropa institutlarına inamını sarsıdır”, - deyə baş nazir bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu