İtaliya Apple-ın "iCloud" xidmətləri ilə bağlı təhqiqata başlayıb



İtaliya Rəqabət Qurumu (Antitrust-AGCM) ABŞ-ın texnologiya nəhəngi Apple-ın "iCloud" bulud xidmətindəki bəzi funksiyaların Avropa İttifaqının (Aİ) Rəqəmsal Bazarlar Aktını (DMA) pozduğu şübhəsi ilə rəsmi təhqiqat başlatdığını elan edib.

AFN.az xəbər verir ki, qurumun yaydığı bəyanatda üçüncü tərəf bulud xidmət təminatçılarının iCloud ilə eyni şərtlərə və imkanlara sahib olmaya biləcəyinə dair ilkin sübutların əldə edildiyi diqqətə çatdırılıb.

Bu əsasla Apple-ın "iOS" və "iPadOS" əməliyyat sistemlərinin tabe olduğu Aİ qanunvericiliyi çərçivəsində sistemlərarası qarşılıqlı fəaliyyət (birlikdə işləyə bilmə) öhdəliklərinə əməl edib-etmədiyi araşdırılır.

Bəyanatda xatırladılıb ki, sözügedən qanuna görə, Apple rəqib bulud xidməti provayderlərinə iOS və iPadOS əməliyyat sistemləri ilə pulsuz və effektiv şəkildə qarşılıqlı inteqrasiya imkanı təqdim etməyə borcludur.

Lakin araşdırmalar rəqib şirkətlərin Apple-ın öz xidməti olan iCloud ilə eyni səviyyədə proqram təminatı və aparat funksiyalarına çıxış əldə edə bilmədiyini göstərir.

Digər tərəfdən, bu addımla İtaliyanın Antitrust-AGCM qurumu Rəqəmsal Bazarlar Aktının 38-ci maddəsi çərçivəsində öz səlahiyyətlərindən ilk dəfə istifadə etmiş olub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu