Filippində liseydə silahlı hücum: 4 nəfər öldü, 9 nəfər yaralandı



Filippinin cənubundakı bir liseydə törədilən silahlı hücum nəticəsində ilkin məlumata görə 4 nəfər həyatını itirib, 9 nəfər yaralanıb. 

AFN.az xəbər verir ki, “Manila Times” qəzetinin məlumatına görə, Milli İstintaq Bürosunun (NBI) açıqlamasında ölkənin cənubundakı Zamboanqa şəhərində yerləşən liseydə dərslərin başlamasına qısa müddət qalmış silahlı hücum törədildiyi bildirilib.

Açıqlamada məktəbə tapança ilə gələn hücumçunun liseyin sonuncu sinif şagirdi olduğunun ehtimal edildiyi qeyd olunub.

İlkin məlumatlara görə, hücum nəticəsində 2 şagird və 2 mühafizəçinin həyatını itirdiyi, 9 nəfərin yaralandığı bildirilib. Hücumun səbəbinin və məktəbdə mümkün təhlükəsizlik boşluqlarının müəyyənləşdirilməsi üçün araşdırmaya başlanıldığı qeyd edilib.

Filippin Prezidenti Ferdinand Markos Jr hadisə ilə bağlı açıqlamasında təhlükəsizlik qüvvələrinə hücumla bağlı hərtərəfli araşdırma aparılması barədə göstəriş verib.

Markos həmçinin rəsmilərdən məktəblər və yerli icmalarla əməkdaşlıq çərçivəsində şagirdlərin təhlükəsizliyini təmin edəcək tədbirlərin gücləndirilməsini istəyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu