Tramp: Müharibəni istənilən vaxt bitirə bilərik
ABŞ Prezidenti Donald Tramp İranla müharibəni istədikləri an başa çatdıra biləcəklərini bildirib. O, aralıq seçkilərdə Konqresdə çoxluğu əldə edəcək demokratların qazandıqları üstünlüyü itkiyə çevirəcəklərini iddia edib.
AFN.az xəbər verir ki, Tramp The New York Post qəzetinə müsahibəsində İranla müharibəni dəyərləndirib.
2027-ci ilin yanvarında demokratların Konqresdə çoxluğa sahib olmasının İranda hərbi imkanlarını məhdudlaşdıra biləcəyinə işarə edən Tramp, onlar əldə etdikləri qazancı itkiyə çevirəcəklər, deyə bildirib.
Tramp İrana qarşı hücum səyləri üçün 2027-ci ilin yanvar ayının sonunadək maliyyə vəsaitinin olduğunu söyləyərək, bu müharibəni istədikləri vaxt başa çatdıra biləcəklərini vurğulayıb.
ABŞ-ın fevralın 28-də həyata keçirdiyi hücumlarla başlayan müharibənin ilk saatlarında İranın Hormozqan əyalətinin Minab şəhərindəki qızlar üçün ibtidai məktəbinə endirilən zərbə ilə əlaqədar İranın təzminat iddiası qaldıracağı barədə xəbərləri şərh edən Tramp, onların öldürdüyü insanlar üçün də təzminat tələb etdiyini bildirib.
