Çin və Fransa İsrailin Rəfaha qurudan hücumuna qarşıdır
Çin və Fransa İsrailin Rəfaha qurudan hücumuna qarşı çıxaraq, bunun Qəzzada daha geniş miqyaslı humanitar fəlakətə səbəb olacağını bildiriblər.
Çin lideri Si Cinpin və Fransa prezidenti Emmanuel Makron Çin liderinin Fransaya səfəri zamanı Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə yazılı açıqlama veriblər. Bəyanatda liderlər Qəzzada mülki şəxslərin beynəlxalq humanitar hüquqa uyğun olaraq qorunmasının vacib olduğunu və belə bir əməliyyatın fələstinlilərin məcburi köçkünlüyünə və bölgədə daha geniş miqyaslı humanitar fəlakətə səbəb olacağını vurğulayıblar.
Sənəddə qeyd olunub ki, Çin və Fransa Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) daimi üzvləri olaraq beynəlxalq hüquqa uyğun olaraq beynəlxalq təhlükəsizlik və sabitliyə qarşı təhdidlərə konstruktiv həll yolları tapmaq üçün birlikdə çalışırlar.
Prezidentlər Qəzzada mülki şəxslərin müdafiəsinin beynəlxalq humanitar hüquqa görə mütləq zərurət olduğu vurğulayıblar.
İki lider İsrailin Fələstinlilərin məcburi köçkünləşməsi ilə geniş miqyaslı humanitar fəlakətə səbəb olacaq Rəfaha qarşı əməliyyatına qarşı olduqlarını bildirib.
Si və Makron Qəzzaya irimiqyaslı humanitar yardımın çatdırılması və bölgədəki mülki əhalinin müdafiəsi üçün təcili və davamlı atəşkəsin vacibliyini vurğulayıblar.
Bütün əsirlərin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağıran liderlər Birləşmiş Millətlər Təşkilatının qətnamələrinin, xüsusilə də BMT Təhlükəsizlik Şurasının 2712, 2720 və 2728 saylı qətnamələrinin icrasının bütün tərəflər üçün sülh və təhlükəsizliyi təmin etməyin yeganə yolu olduğunu qeyd ediblər.
Liderlər sərhəd keçidlərinin və ehtiyac dəhlizlərinin açıq saxlanmalı, sürətli, təhlükəsiz, maneəsiz və davamlı humanitar yardımın bütün Qəzza zolağına çatdırılmasına imkan verdiyinə diqqət çəkərək, beynəlxalq humanitar yardım səylərində koordinasiyanı gücləndirməyə çağırıblar.
Bəyanatda bütün tərəflərin sahədə gərginliyi artıracaq birtərəfli tədbirlərdən çəkinməsi lazım olduğu vurğulanıb və İsrailin işğal etdiyi torpaqlarda məskunlaşma siyasəti pislənib.
Prezidentlər qeyri-qanuni məskunlaşmaların beynəlxalq hüququ pozduğunu və davamlı sülhə və Fələstin dövlətinin yaradılması ehtimalına maneə törətdiyini vurğulayıblar.
Liderlər, İsrail və Fələstinin sülh və əmin-amanlıq içində yan-yana yaşayacağı, müstəqil və suveren Fələstin Dövlətinin əsasda qurulduğu həllin konkret həyata keçirilməsi üçün qətiyyətli və dönməz siyasi prosesin bərpasına çağırıblar.