Şolz 2025-ci il seçkilərindən sonra Almaniyaya rəhbərlik etməyə davam etmək istədiyini açıqlayıb
Almaniya kansleri Olaf Şolz 2025-ci ildə Almaniyada keçiriləcək federal seçkilərdən sonra Almaniya hökumətinə rəhbərlik etməyə davam etmək istəyir.
Bu barədə mayın 14-də "Stern" jurnalı məlumat yayıb.
“Mən həm də 2025-ci ilin payızından sonra Federal Kansler olaraq qalmaq istərdim”, – nəşr onun sözlərini sitat gətirib.
Şolz üzvlərinin bir çox məsələlərdə fikir ayrılığına düşməsinə baxmayaraq, hakim koalisiyanın yaxın aylarda dağılmayacağına əmin olduğunu bildirib. Hansı hazırkı dünya lideri ilə daha çox təmasda olduğu sualına kansler deyib ki, o, bir çox insanlarla çox açıq və aydın fikir mübadiləsi aparır.
“Xüsusilə, əlbəttə ki, dostlarım ABŞ prezidenti Co Bayden, İspaniyanın baş naziri Pedro Sançes və Fransa prezidenti Emmanuel Makronla”, Şolz deyib.