KİV: ABŞ Rusiyaya qarşı sanksiyaları məhdudlaşdırmağa məcburdur, çünki...


ABŞ prezidenti Co Baydenin administrasiyası Rusiya və İranın enerji sektorlarına həddən artıq sanksiya təzyiqi göstərə bilməz, çünki bu, bütün dünyada neftin qiymətinin qalxmasına səbəb olacaq.


AFN.az xəbər verir ki, bu qiymətləndirməni öz mənbələrinə istinadən "The Wall Street Journal" verib.

“Prezident Bayden Amerika istehlakçıları üçün yanacaqdoldurma məntəqələrində ən aşağı qiyməti təmin etmək məqsədilə mümkün olan hər şeyi etmək istəyir. Çünki bu, vətəndaşların gündəlik həyatına birbaşa təsir göstərir”, - deyə nəşr ABŞ prezident administrasiyasının yüksək rütbəli rəsmisindən sitat gətirib.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin keçmiş rəhbəri Con Smit bildirib ki, Vaşinqton və onun müttəfiqləri yeni sanksiyaların tətbiqinə çox diqqətlə yanaşırlar ki, onu aşmasınlar və Qərb iqtisadiyyatlarının fəaliyyətinə xələl gətirməsinlər.

Qərb ölkələrinin Rusiya Federasiyasına qarşı neft sanksiyaları 2022-ci il dekabrın 5-dən qüvvəyə minib. Avropa İttifaqı dəniz yolu ilə nəql edilən Rusiya neftini qəbul etməyi dayandırıb, G7 ölkələri, Avstraliya və Aİ neftin dəniz yolu ilə daşınmasına 60 dollar/barel qiymət limiti tətbiq edib. Daha bahalı neftin daşınması və sığortalanması qadağandır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu