Meksika narkokarteli "Sinaola"nın qurucuları ABŞ-da həbs edilib


ABŞ Ədliyyə Nazirliyi Meksika narkokarteli "Sinaola"nın qurucusu “El Mayo” ləqəbli İsmael Zambada Qarsiya və təşkilatın digər qurucusu “El Çapo” kimi tanınan Xoakin Quzmanın oğlu Xoakin Quzman Lopezin Texasda həbs olduğunu açıqlayıb.



Mövzu ilə bağlı verdiyi açıqlamada ABŞ-ın ədliyyə naziri Merrick Qarland ABŞ-da fentanil istehlakının ən əhəmiyyətli səbəbi olaraq göstərilən "Sinaloa" kartelinə böyük zərbə vurduqlarını açıqlayıb.

Qarland açıqlamasında dünyanın ən təhlükəli narkotik kartellərindən biri hesab edilən "Sinaloa" kartelinin iki qurucusundan biri olan İsmael Zambada Qarsiya və onun digər qurucusu “El Çapo”nun oğlu Lopesin Texas ştatının El Paso şəhərində həbs edildiklərini və yaxın günlərdə hakim qarşısına çıxarılacaqlarını bildirib.

Qeyd edək ki, ABŞ-da ən çox axtarışda olan narkotik tacirlərindən biri olan "Sinaloa" kartelinin aparıcı liderləri 28 yaşlı Ovidio Quzman 2023-cü ilin fevralında Meksikanın şimalında yerləşən Kuliakan şəhərində keçirilən əməliyyat nəticəsində saxlanılıb və sentyabrda ABŞ-a ekstradisiya edilib.

“El Çapo” ləqəbli Xoakin Quzman isə ötən ilin iyulunda ABŞ-ın Nyu-York ştatında aparılan iş üzrə ömürlük həbs cəzasına məhkum edilib. 2001 və 2015-ci illərdə Meksikada iki yüksək təhlükəsizlik həbsxanasından qaçan Xoakin Quzman sonuncu dəfə 2016-cı ilin yanvarında tutularaq ABŞ-a ekstradisiya edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu